“Eva Su” qablaşdırılmış su istehsalçısı olaraq fəaliyyət göstərməkdədir. “Eva Su” ABŞ istehsalı olan müasir və tam avtomatlaşdırılmış avadanlıqlardan istifadə etməklə qablaşdırılır. Şollar mənbəyindən gələn su müasir istehsal texnologiyalarının tələblərinə uyğun olaraq ozonlaşma, yumşaltma, ultrabənövşəyi şüalandırma sistemlərindən keçirilərək təmizlənir və 1 mikronluq təmizləyici su filterlərindən keçirmə proseslərindən sonra su istehsalı sahəsində ən son istifadə edilən minerallaşdırıcı membran sistemində minerallaşdırılaraq müştərilərimizin istifadəsinə verilir. Şirkətimizin hazırda minlərlə fərdi və yüzlərlə korporativ müştərisi vardır. “Eva Su”ya Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Gigiyena və Epidemiologiya Mərkəzinin gigiyenik sertifikatı, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin uyğunluq sertifikatı verilmişdir.